...

Türkiyə və Misirin xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

Dünya xəbərləri Materials 12 İyun 2023 00:10 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə və Misirin xarici işlər nazirləri Hakan Fidan və Samih Şükri arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, Şükri Fidanı Türkiyənin xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Nazirlər həmçinin ikitərəfli münasibətləri də müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti