Bakı. Trend:
Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyada baş verən hadisələrlə əlaqədar ölkənin sərhədlərinə nəzarəti daha da gücləndirməyə çağırıb.
Trend xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Tvitter paylaşımında bildirib. O, Rusiyada baş verən hadisələrin yaxından monitorinq edildiyini qeyd edib.
"Mümkün yeni miqrasiya dalğaları səbəbilə bizim sərhədlərimizə ciddi nəzarət edilməlidir",- deyə o qeyd edib.