...

Avropa İttifaqı Ermənistana hərbi yardım göstərməkdən imtina etdi

Dünya xəbərləri Materials 5 İyul 2023 11:40 (UTC +04:00)
Avropa İttifaqı Ermənistana hərbi yardım göstərməkdən imtina etdi

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Ermənistana Aİ tərəfdaşlarının müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş xüsusi fonddan hərbi yardım göstərməkdən imtina edib.

Trend xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan Varşavaya səfəri zamanı Polşa Prezidenti Andjey Duda ilə görüşündə səsləndirib.

O, Aİ-nin bu imtinasından şikayətlənib. Simonyan Polşa prezidentinə bildirib ki, Ermənistan hökuməti inkişaf etməkdə olan ölkələrə hərbi texnika almağa kömək etmək üçün Aİ-nin 2021-ci ildə yaratdığı Avropa Sülh Fondundan (EPF) "texniki yardım" istəyib.

“Aİ bu mexanizm vasitəsilə Ukrayna, Moldova və Gürcüstana yardım ayırır. Təəssüf ki, Aİ-nin Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq üçün vasitəçilik səyləri göstərməsi, habelə “münaqişə həssaslığı” məsələsi əsas gətirilərək Ermənistanın müraciəti rədd edilib. Bir daha demək istəyirəm ki, söhbət Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına yönəlmiş texniki yardımdan gedir”, - deyə Simonyan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti