...

İsveçin NATO-ya qəbul edilməsi ilə bağlı müraciətinə TBMM-in iclasında baxılacaq - Ərdoğan

Dünya xəbərləri Materials 24 İyul 2023 21:55 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İsveçin NATO-ya qəbul edilməsi iləbağlı müraciətinə Türkiyə Böyük Millər Məclisinin iclasında baxılacaq.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

"NATO Sammiti ölkəmizlə bağlı tezislərimizi səsləndirdiyimiz beynəlxalq toplantı oldu. Ölkəmizin, eləcə də müttəfiqliyin təhlükəsizliyinə töhfə verəcək bir çox məsələləri müzakirə etdik. Biz Türkiyənin gözləntilərini açıq və dəqiq şəkildə ortaya qoyduq. Biz İsveçə həssaslıqlarımızla bağlı xəbərdarlıq etmişik. Parlament bu məsələ ilə bağlı qərar verəcək", - deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı qərar TBMM-in oktyabrda keçiriləcək iclasında veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti