Bakı. Trend:
“Microsoft” şirkətinin IV maliyyə rübündə xalis mənfəəti və gəliri verilən proqnozlardan çox olub.
Trend xəbər verir ki, şirkət 2023-cü maliyyə ilinin dördüncü rübündə xalis mənfəəti 20%, gəliri 8,3% artırıb.
Aprel-iyun aylarında xalis mənfəət keçən ilin eyni dövründəki 16,74 milyard dollar və ya hər səhm üçün 2,23 dollar ilə müqayisədə 20,081 milyard dollar və ya hər səhmə görə 2,69 dollar təşkil edib. Gəlir isə 51,865 milyard dollardan 56,189 milyard dollara yüksəlib.