Bakı.Trend:
NATO-ya üzv olacaq ölkələrin terrorla mübarizə aparması vacibdir.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə görüşü zamanı mətbuat konfransında bildirib.
Türkiyəli nazir vurğulayıb ki, hazırda İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqi ilə bağlı Macarıstanla koordinasiyalı işlər görülür.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da Vilnüsdə Türkiyə, NATO və İsveçin iştirakı ilə üçlü görüş zamanı İsveçin NATO-ya üzvlüyünün ratifikasiyasına dair qərarını verib.