...

Türkiyə və İsveç XİN rəhbərləri arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 30 İyul 2023 20:55 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan və İsveçin xarici işlər naziri Tobias Bilström arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər İsveçdə Quranın yandırılmasını müzakirə ediblər. Türkiyənin xarici işlər naziri söz azadlığı adı altında bu cür hərəkətlərin davam etdirilməsinin yolverilməzliyini vurğulayaraq, İslam dünyasında kəskin reaksiyaya səbəb olan bu hücumların qarşısının alınması üçün İsveç hökumətindən konkret addımların gözlənildiyini qeyd edib.

Tərəflər həmçinin İsveçin NATO-ya qəbulu prosesini də müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti