Bakı.Trend:
İstanbulun Bayrampaşa bölgəsində yerləşən biznes mərkəzlərindən birində yanğın başlayıb.
Trend xəbər verir ki, yanğın zamanı binada qalan 9 işçi xilas edilib.
Tüstüdən zəhərlənən 4 yanğınsöndürənə isə hadisə yerində ilkin yardım göstərilib.
xxx
11:56
İstanbulun Bayrampaşa bölgəsində yerləşən biznes mərkəzlərindən birində yanğın başlayıb.
Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, əraziyə çox sayda yanğınsöndürən cəlb olunub.
Məlumata görə, 9 nəfərin ofisin daxilində köməksiz halda qalıb.
Yanğının səbəbi hələlik məlum deyil.