...

Tacikistan hərbçiləri Belarusda təlim keçəcək

Dünya xəbərləri Materials 5 Avqust 2023 14:20 (UTC +04:00)
Tacikistan hərbçiləri Belarusda təlim keçəcək

Bakı. Trend:

Tacikistan hərbçiləri Belarusun hərbi təhsil müəssisələrində təlim keçəcəklər.

Trend xəbər verir ki, bu barədə Belarus müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq üzrə köməkçisi Valeri Revenko bildirib.

Məlumata görə, Tacikistan Müdafiə Nazirliyinin nümayəndələri iyulun 31-dən avqustun 4-dək Belarusdakı hərbi təhsil müəssisələri ilə tanış olmaq üçün səfərdə olublar.

V.Revenkonun sözlərinə görə, səfərin nəticələrinə əsasən Belarusda tacikistanlı hərbçilərə təlim keçirilməsinə dair razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti