...

Türkiyə sahillərində 35 miqrant xilas edilib

Dünya xəbərləri Materials 7 Avqust 2023 00:35 (UTC +04:00)
Türkiyə sahillərində 35 miqrant xilas edilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İzmir şəhərinin sahillərində 35 qeyri-qanuni miqrant xilas edilib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Xidməti məlumat yayıb.

Məlumata əsasən, miqrantların olduğu iki rezin qayıq Yunanıstan tərəfindən Türkiyənin ərazi sularına qovulub. Müvafiq məlumat daxil olduqdan sonra Türkiyə sahil mühafizəsinin qayığı miqrantların yanına göndərilib.

Miqrantlar xilas edilərək sahilə çıxarılıb.

Müvafiq prosedurlardan keçdikdən sonra bütün qeyri-qanuni miqrantlar Miqrasiya İdarəsinə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti