...

Ər-Riyadda keçiriləcək dünya çempionatına rusiyalı ağır atletlər buraxılmayacaq

Dünya xəbərləri Materials 8 Avqust 2023 01:27 (UTC +04:00)

Bakı. Trend:

Beynəlxalq Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsi Ər-Riyadda keçiriləcək dünya çempionatına rusiyalı atletlərin iştirakına icazə verməyib.

Trend-in məlumatına görə, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

“İcraiyyə Komitəsi dünya çempionatında iştirak edəcək neytral idmançılardan ibarət nümayəndə heyətini təsdiqləyib. Onların hamısı Belarus pasportuna malik 12 idmançı, 7 xidmət işçisi və 1 texniki hakimdən ibarətdir”, - deyə federasiyanın məlumatında qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti