...

Prezidenti azad edin - Blinkendən qiyamçılara ÇAĞIRIŞ

Dünya xəbərləri Materials 9 Avqust 2023 10:35 (UTC +04:00)
Prezidenti azad edin - Blinkendən qiyamçılara ÇAĞIRIŞ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət katibi Entoni Blinken Niger Prezidenti Məhəmməd Bazum və ailəsini azad etmələri üçün qiyamçılara çağırış edib.

Trend xəbər verir ki, bu barədə Blinken Tvitter hesabında yazıb.

"Mövcud konstitusiya böhranının sülh yolu ilə həlli istiqamətində davamlı səylərimizi ifadə etmək üçün Niger Prezidenti Bazumla telefon danışığı apardıq. ABŞ onun və ailəsinin dərhal azad edilməsi çağırışını təkrarlayır", - siyasətçi qeyd edib.

Qeyd edək ki, bundan öncə də - təxminən 1 həftə əvvəl ABŞ dövlət katibi Entoni Blinken Niger prezidenti Məhəmməd Bazumla telefon danışığı aparıb.

Xatırladaq ki, iyulun 26-da Nigerdə general Abdurahman Çianın başçılığı altında hərbi çevriliş olub. Qiyamçılar Niger Prezidenti Məhəmməd Bazumu girov götürüb. Prezident Məhəmməd Bazum qərbyönlü siyasəti və Parisin yaxın müttəfiqi olması ilə tanınır.

Bunun ardınca Nigerdə ​​minlərlə insan Fransa və Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinə (ECOWAS) qarşı etiraz aksiyasında iştirak edib. Aksiya iştirakçıları Nigerin paytaxtı Niameydə Fransa səfirliyinin qarşısında toplaşaraq Fransa və ECOWAS əleyhinə şüarlar səsləndiriblər.

Xəbər lenti

Xəbər lenti