...

Tripolidəki qarşıdurmalarda 27 nəfər həlak olub, 106 nəfər yaralanıb

Dünya xəbərləri Materials 16 Avqust 2023 02:23 (UTC +04:00)
Tripolidəki qarşıdurmalarda 27 nəfər həlak olub, 106 nəfər yaralanıb

Bakı. Trend:

Liviyanın paytaxtı Tripolidə iki gündür davam edən qarşıdurmalarda 27 nəfərin həlak olduğu, 106 nəfərin yaralandığı bildirilib.

Trend-in məlumatına görə, bu barədə dövlətə bağlı İlk Yardım və Dəstək Mərkəzindən verilən açıqlamada bildirilib.

İki günlük döyüşlərdən sonra hazırda Tripolidə atəşkəs elan olunub.

Qeyd edək ki, dünən paytaxtın bəzi yerlərində Liviya Prezident Şurasına bağlı Cinayət və Terrorla Mübarizə İdarəsi ilə Milli Birlik Hökumətinə bağlı “444 Briqadası” arasında toqquşmalar baş vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti