Bakı. Trend:
Macarıstan və Türkiyə İsveçin NATO-ya daxil olması ilə bağlı sazişin iki ölkənin parlamentlərində ratifikasiyasının gedişi barədə bir-birini məlumatlandırmaq barədə razılığa gəliblər.
Trend-in məlumatına görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Macarıstanın baş naziri Viktor Orban və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Budapeştdə keçirilən danışıqların yekunlarına dair bildirib.
O qeyd edib ki, lakin bunun üçün hələlik konkret müddətlər müəyyən edilməyib.
"Biz daimi məsləhətləşmələr apararaq təmasları saxlamağa davam etdirdik, milli parlamentlərdə [İsveçin Şimali Atlantika Alyansına qəbulu ilə bağlı sənədlərin ratifikasiyası ilə bağlı] vəziyyət və proseslər haqqında bir-birimizi məlumatlandırdıq", - deyə nazir qeyd edib. Onun sözlərinə görə, Macarıstan və Türkiyə gələcəkdə parlamentləri yay tətilindən sonra işə qayıdanda bu təcrübəni davam etdirəcəklər.