...

Kaliforniya sahillərində güclü zəlzələ olub

Dünya xəbərləri Materials 21 Avqust 2023 08:18 (UTC +04:00)
Kaliforniya sahillərində güclü zəlzələ olub

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatının cənubunda 5,1 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Oksnard şəhərindən 27 kilometr şimal-qərbdə, Sakit okean sahilində yerləşib. Orada 207 minə yaxın insan yaşayır. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti