Bakı. Trend:
Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın almaz sənayesinə qarşı sanksiyalar üzərində fəal şəkildə çalışırlar.
Trend xəbər verir ki, bu barədə Aİ Şurasının prezidenti Şarl Mişel Hindistanın paytaxtı Nyu-Dehli şəhərində mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu sahədə daha çox tədbir görmək mümkündür.
Şarl Mişel bildirib ki, Aİ ölkələri Rusiyanın sanksiyalardan yan ötməsinin qarşısını da almağa çalışır. O, Aİ ölkələrinin bunun üçün əllərindən gələni etməli olduqlarını deyib.
Qeyd edək ki, "The New York Times" qəzeti "G7" ("Böyük Yeddilər") ölkələrinin, eləcə də, Aİ üzvlərinin Rusiyadan almaz alışına tamamilə qadağa qoymaq niyyətində olduqlarını bildirib.