Bakı. Trend:
Qərb ölkələri özlərinin yaratdıqları ticarət və maliyyə əlaqələrini öz əlləri ilə pozurlar.
Trend xəbər verir ki, bunu Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib.
"Biz sizinlə qlobal iqtisadiyyatın son illər ərzində necə dəyişdiyini və dəyişməkdə olduğunu görürük. Bu, o cümlədən, bir sıra ölkələrin, ilk öncə Qərb ölkələrinin, əlbəttə ki, özlərinin qurduqları maliyyə, ticarət və təsərrüfat əlaqələrini öz əlləri ilə pozmasının nəticəsidir", - Putin deyib.
Qeyd edək ki, 8-ci Şərq İqtisadi Forumu (EEF-2023) 10-13 sentyabr tarixlərində Rusiyanın Vladivostok şəhərində keçirilir. Xarici dövlətlərin rəhbərləri builki Şərq İqtisadi Forumunda (EEF-2023) iştirak etməkdən imtina ediblər.