...

Türkiyənin İsrailə elektrik avadanlıqları ixracı 287 milyon dolları ötüb

Dünya xəbərləri Materials 12 Sentyabr 2023 17:24 (UTC +04:00)
Türkiyənin İsrailə elektrik avadanlıqları ixracı 287 milyon dolları ötüb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında İsrailə elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz azaldaraq, 287,3 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə İsrailə elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 7,3 faiz artaraq, 32,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz artaraq, 10,6 milyard dollara çatıb.

Bu ilin avqust ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 11,9 faiz çoxdur.

Son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 16,1 milyard dollar məbləğində elektrık avadanlıqları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti