...

ABŞ İranın 6 milyard dollarını yenidən dondura bilər

Dünya xəbərləri Materials 13 Sentyabr 2023 08:03 (UTC +04:00)
ABŞ İranın 6 milyard dollarını yenidən dondura bilər
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları zərurət yaranarsa, qarşıdan gələn məhbus mübadiləsi çərçivəsində Tehrana verilməli olan İran aktivlərini yenidən dondura biləcək.

Trend xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

"Pul yalnız humanitar məqsədlər üçün istifadə edilə bilər. Biz ayıq-sayıq qalacağıq və bu vəsaitlərin xərclənməsinə nəzarət edəcəyik və lazım gələrsə, onları yenidən dondurmaq imkanına malik olacağıq", - deyə o, İrana 6 milyard dollarlıq aktivlərin qaytarılmasını şərh edərkən deyib.

Eyni zamanda, amerikalı diplomat bu həftə İran və ABŞ arasında əsir mübadiləsinin olmayacağını bildirib.

Ağ Ev avqustun 10-da Vaşinqtonun Tehranla məhbus mübadiləsinə dair razılığa gəldiyini təsdiqləyib, lakin nəhayət, sazişin başa çatdığını elan etmək üçün azad edilmiş amerikalıların İrandan qayıdana qədər gözləməyə çağırıb.

İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kənani Çafi avqustun 21-də açıqlayıb ki, əsirlərin mübadiləsi və İranın aktivlərinin dondurulması ilə bağlı razılaşmalar iki ay ərzində həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti