Ermənistanda koronavirusun omikron ştamının yeni alt növü aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, son bir həftə ərzində yoluxma hallarının sayı artıb.
Sentyabrın 12-nə olan məlumata əsasən, koronavirusa 71 yoluxma faktı qeydə alınıb ki, bu da əvvəlki həftə ilə müqayisədə çoxdur.
Həmçinin qrip və koronavirus infeksiyasına yoluxma hallarının artacağı barədə xəbərdarlıq edilib.