...

Peyk görüntüləri Liviyada 11 mindən çox insanın həyatına son qoyan daşqınların nəticələrini göstərir (FOTO)

Dünya xəbərləri Materials 16 Sentyabr 2023 03:00 (UTC +04:00)
Peyk görüntüləri Liviyada 11 mindən çox insanın həyatına son qoyan daşqınların nəticələrini göstərir (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Peyk vasitəsilə çəkilən görüntülər Liviyanın şərqindəki Derna şəhərində azı 11300 insanın ölümünə səbəb olan daşqınların nəticələrini göstərir.

Trend xəbər verir ki, yer səthindən təxminən 650 kilometr hündürlükdə çəkilmiş görüntülər göstərir ki, fırtına şəhər boyu qəhvəyi palçıq və kir təbəqəsi qoyub.

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, daşqınlar Dernada ən azı 30 min insanı didərgin salıb, bir neçə min nəfər isə digər şərq şəhərlərində evlərini tərk etmək məcburiyyətində qalıb.

Körpülər və digər əsas infrastrukturlar, xüsusən də Vadi Derna çayı yaxınlığındakı binalar məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti