...

“SpaceX” 22 “Starlink” peykini orbitə çıxardı

Dünya xəbərləri Materials 16 Sentyabr 2023 13:32 (UTC +04:00)
“SpaceX” 22 “Starlink” peykini orbitə çıxardı
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 ədəd “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb.

Trend xəbər verir ki, daşıyıcı raket sentyabrın 15-də ABŞ-nin Sakit okean sahilləri vaxtı ilə saat 23:38-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kanaveral burnundakı (Florida ştatı) bazasından start götürüb.

Bu, 2019-cu ildən bəri internet peyklərinin orbitə çıxarılan sayca 108-ci, cari ildə isə 29-cu qrupudur. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,1 mindən çox peyk buraxıb. Onların 4,7 mini işlək vəziyyətdədir.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Şirkətin qiymətləndirməsinə əsasən, 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti