Bakı. Trend:
Braziliya prezidenti Luiz İnasio Lula da Silva ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək.
Trend-in məlumatına görə, bu barədə Reuters məlumat yayıb.
Görüş sentyabrın 20-də BMT Baş Assambleyası çərçivəsində baş tutacaq.
Daha əvvəl "CNN Brazi"l Lula da Silva və V.Zelenski arasındakı görüşün iki lider arasında ziddiyyətli qrafiklər səbəbindən təhlükə altında olduğunu bildirmişdi.