...

Bu ölkənin ABŞ-dəki səfirliyinə hücum olunub

Dünya xəbərləri Materials 25 Sentyabr 2023 10:01 (UTC +04:00)
Bu ölkənin ABŞ-dəki səfirliyinə hücum olunub
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Kubanın Vaşinqtondakı səfirliyinə hücum olunub.

Trend xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Rodrigez Parriya özünün "X" (Tvitter) sosial şəbəkə hesabında məlumat paylaşıb.

Məlumata görə, gecə saatlarında səfirliyin binasına naməlum şəxs tərəfindən 2 Molotov kokteyli atılıb. Səfirlik əməkdaşlarından xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu Kubanın ABŞ səfirliyinə ilk hücum deyil. Bundan əvvəl 2020-ci ildə də Kubanın Vaşinqtondakı səfirliyinə avtomat silahdam atəş açılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti