Bakı. Trend:
ABŞ noyabr ayından İsrail vətəndaşları üçün vizasız rejim tətbiq edəcək.
Trend xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Kohen özünün "X" (Tvitter) sosial şəbəkə hesabında məlumat paylaşıb.
Nazirin sözlərinə görə, vizasız rejim qüvvəyə mindikdən sonra İsrail vətəndaşları ABŞ-yə səfər etmək üçün sadəcə xüsusi onlayn forma doldurmalı və 21 dollar ödəməli olacaqlar, bundan sonra üç gün ərzində səfər üçün icazə əldə edəcəklər.
İsrailli nazir ABŞ-ni İsrailin "böyük müttəfiqi" adlandırıb və bu addımın ABŞ ilə İsrail arasındakı sıx əlaqələrdən xəbər verdiyini deyib. O, buna görə ABŞ prezidenti Co Baydenə və dövlət katibi Entoni Blinkenə minnətdarlığını bildirib.