...

Türkiyədə partlayış - Ətrafdakı bəzi binaların şüşələri sınıb (FOTO)

Dünya xəbərləri Materials 28 Sentyabr 2023 18:23 (UTC +04:00)
Türkiyədə partlayış - Ətrafdakı bəzi binaların şüşələri sınıb (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərinin Bahçelievlər səmtində yerləşən binada naməlum səbəbdən partlayış baş verib.

Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Partlayış nəticəsində ətrafdakı bəzi binaların şüşələri də sınıb, küçədəki ağac avtomobilin üzərinə aşıb.

İstanbul valisi Davud Gül hadisə ilə bağlı istintaq başladıldığını bildirib.

Qeyd edək ki, 6 mərtəbəli binanın ən üst mərtəbəsində baş verən partlayışa təbii qaz səbəb olub. Nəticədə 1 nəfər həlak olub, 4 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə heyətləri cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti