...

"SpaceX" raketi 22 "Starlink" internet peykini orbitə çıxarıb

Dünya xəbərləri Materials 30 Sentyabr 2023 08:36 (UTC +04:00)
"SpaceX" raketi 22 "Starlink" internet peykini orbitə çıxarıb

Bakı. Trend:

"Falcon 9" daşıyıcı raketi "Starlink" sisteminin qlobal internet əhatə şəbəkəsinin orbital qrupunu artırmaq üçün 22 mini peykdən ibarət daha bir partiyanı uğurla orbitə çıxarıb.

Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkəti xəbər verib.

Raket ABŞ-ın Şərq sahilləri vaxtı ilə cümə günü saat 22:00-da ABŞ Kosmik Qüvvələrinin Floridadakı bazasının 40-cı start kompleksindən buraxılıb. Orbitə buraxıldıqdan təxminən bir saat sonra peyklər orbitə çıxarılıb.

Bu, "Starlink" layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 112-ci, bu ilin əvvəlindən isə 43-cü buraxılışıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti