Bakı. Trend:
Ermənistan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin İrəvana səfəri barədə məlumata sahib deyil.
Trend xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan erməni KİV-lərinə bildirib.
Onun sözlərinə görə, belə bir görüş planlaşdırılmır.
Qeyd edək ki, rus mediası Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcəyi barədə məlumat yayıb.