Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidanla Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında telefon danışığı olub.
Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı İsrail-Fələstin münaqişəsi müzakirə edilib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.