...

Almaniya Qəzza zolağının əhalisinə 50 milyon avro humanitar yardım ayıracaq

Dünya xəbərləri Materials 20 Oktyabr 2023 00:26 (UTC +04:00)

Bakı. Trend:

Almaniya Fələstin-İsrail münaqişəsinin gərginləşməsi fonunda 50 milyon avro dəyərində təcili humanitar yardım göstərməklə Qəzza zolağında mülki əhaliyə dəstəyi artırmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Əmmanda İordaniyanın baş nazirinin müavini və xarici işlər naziri Ayman əs-Səfədi ilə birgə mətbuat konfransında deyib.

A.Berbok vurğulayıb ki, vəsaitlər Ümumdünya Ərzaq Proqramı, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) və xüsusilə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) kimi beynəlxalq təşkilatlara dəstək üçün istifadə edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti