Bakı. Trend:
Argentinada prezident seçkilərində səsvermə başa çatıb.
Trend-in məlumatına görə, ölkənin ən ali postuna əsas namizədlər “Dəyişiklik naminə birlikdə” partiyasını təmsil edən keçmiş təhlükəsizlik naziri Patrisiya Bullriç, “Libertarian” Partiyasının sədri deputat, ifrat sağçı Xavyer Miley, həmçinin “Vətən naminə birlik” koalisiyasından namizədliyi irəli sürülmüş iqtisadiyyat naziri Serxio Massa hesab olunur.
Məlumata görə, dövlət başçısı vəzifəsinə namizədlərin komandaları tərəfindən keçirilən “ekzit-pol”lar göstərir ki, heç kim ilk turda qalib gəlmək üçün lazımi sayda səs toplamayıb.
Xavyer Mileyin komandası seçkilərdə lider olduqlarını və "Vətən Naminə Birlik" hakim koalisiyasından namizədliyi irəli sürülmüş iqtisadiyyat naziri Serxio Massa ilə birlikdə ikinci tura çıxdıqlarını iddia edir. Ən böyük müxalif koalisiyanı təmsil edən Patrisiya Bullriçin komandası da “ekzit-pol”ların nəticələrinə istinad edərək seçkilərin ikinci turununun keçiriləcəyini düşünür.