Bakı. Trend:
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson İsrailə 14,5 milyard dollarlıq yardım ayırmaq üçün ayrıca qanun layihəsi təqdim etməyi niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə spiker "Fox News" televiziya kanalında müsahibəsində bildirib.
"Mənim niyyətim və istəyim <...> tikinti və vergi ehtiyacları üçün ayrılmış pulun bir hissəsini götürüb İsrailə kömək etmək üçün yönləndirməkdir", - deyə o qeyd edib.
Bildirilib ki, M.Conson qanun layihəsinə noyabrın 2-də baxılacağına ümid edir.