Bakı. Trend:
ABŞ-Çin silahlara nəzarət üzrə məsləhətləşmələr bazar ertəsi Vaşinqtonda keçiriləcək.
Trend xəbər verir ki, Çin və ABŞ arasında sonuncu dəfə belə məsləhətləşmələr ABŞ-ın əvvəlki prezidenti Donald Trampın dövründə - 2019-cu ilin iyulunda olub.
Amerika administrasiyasının fikrincə, məsləhətləşmələr ilk növbədə Vaşinqton və Pekin arasında strateji sabitlik sahəsində anlaşılmazlıqların qarşısını almaq üçün lazımdır.