...

Bu ölkə “TikTok”u qadağan edəcək

Dünya xəbərləri Materials 14 Noyabr 2023 12:03 (UTC +04:00)
Bu ölkə “TikTok”u qadağan edəcək
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Asiya ölkələrindən biri olan Nepal Çin mərkəzli sosial media tətbiqi “TikTok”u mənfi təsirləri səbəbindən qadağan etmək qərarına gəlib.

Trend xəbər verir ki, son dörd ildə Nepalda “TikTok” ilə bağlı 1600-dən çox kibercinayət hadisəsi qeydə alınıb.

Nepalın rabitə və informasiya texnologiyaları naziri Rexa Şarma “TikTok”un qadağan edilməsi qərarının bazar ertəsi səhər saatlarında keçirilən kabinet iclasında qəbul edildiyini söyləyib.

"Texniki olaraq onu bağlamaq üçün səylər göstərilir", o deyib.

Qeyd edək ki, Nepal Telekommunikasiya Təşkilatının prezidenti Puruşottam Xanal internet provayderlərindən “TikTok” tətbiqini bloklamağı istədiyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti