...

Aİ rəsmi İrəvanın hərbiləşmə siyasətini dəstəkləyir - Ermənistandakı missiya genişləndirilir

Dünya xəbərləri Materials 14 Noyabr 2023 12:29 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) genişləndirilməsi uzun müddətdir müzakirə olunur.

Trend xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib.

O bildirib ki, Ermənistanda Avropa İttifaqının Monitorinq Missiyasının üzvlərinin sayının artırılması ilə bağlı razılaşma var.

"Müşahidəçilərin sayının artırılması, onların potensialının gücləndirilməsi ilə bağlı qərar var ki, bu da monitorinqlə bağlı daha fəal iş aparmağa, Brüsselə və üzv dövlətlərə müvafiq hesabatlar təqdim etməyə imkan verəcək və sərhədlərimizdə sabitliyi daha da gücləndirəcək", - deyə o əlavə edilib.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın hərbiləşmə siyasətini dəstəkləməsi regionda sülh və sabitliyə əngəl törədir. Aİ Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə təşviq etmək əvəzinə bölgədə yeni qarşıdurmalara təşviq edir. Aİ-nin xarici siyasəti bölgədə separatizmi qızışdırmaq cəhdləridir ki, bu da bölgədə gərginliyin artmasına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti