...

Bu il Türkiyə Çinə polad məhsulları ixracını artırıb

Dünya xəbərləri Materials 17 Noyabr 2023 11:20 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Çinə polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 32,9 faiz artıraraq, 31,6 milyon dollara çatdırıb.

Trend TurkicWorld-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyindən bildirilib.

Oktyabr ayında Türkiyə Çinə polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 90,1 faiz artıraraq 2,2 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 32,6 faiz azalaraq, 12,4 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 1,3 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 3,1 faiz azdır.

Son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 15 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Xəbər lenti

Xəbər lenti