Bakı. Trend:
İsrail Nazirlər Kabineti HƏMAS ilə razılaşmanın bir hissəsi olaraq dörd günlük humanitar atəşkəs ərzində 50 girovun azad ediləcəyini açıqlayıb.
Trend xəbər verir ki, ilk olaraq qadın və uşaqların azad ediləcəyi qeyd edilir.
İsrail və HƏMAS noyabrın 23-də girovların mübadiləsinə başlaya bilər.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.