Bakı. Trend:
Türkiyənin “Adana Dəmirspor” klubunun italiyalı hücumçusu Mario Balotelli qəzaya düşüb.
Trend xəbər verir ki, hadisə İtaliyanın Breşiya şəhərində baş verib.
Futbolçu xəstəxanaya yerləşdirilb. Xəstəxanadan onun ciddi xəsarət almadığı bildirilib.
Yerli polis Balotellini alkoqol testindən keçirməyə çalışsa da, 33 yaşlı futbolçu bundan imtina edib.