...

İsrail Qəzzada qalan girovların sayını AÇIQLAYIB

Dünya xəbərləri Materials 25 Noyabr 2023 09:52 (UTC +04:00)
İsrail Qəzzada qalan girovların sayını AÇIQLAYIB
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza zolağında 215 girov qalıb.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Doron Spilman "X" sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, qalan girovların vəziyyətindən İsrail hökumətinin məlumatı yoxdur.

Qeyd edək ki, noyabrın 24-də 4 günlük humanitar atəşkəsin ilk günündə İsrail və HƏMAS əsirləri dəyişdirib. Şərtlərə görə, İsrail hər girov üçün üç fələstinli məhbusu qaytaracaq. Noyabrın 25-də 13 israilli girov və 39 fələstinli məhbus azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti