...

"Rafah" buraxılış məntəqəsindən 17 yaralı Qəzza sakini Misirə çatdırılacaq

Dünya xəbərləri Materials 25 Noyabr 2023 15:23 (UTC +04:00)
"Rafah" buraxılış məntəqəsindən 17 yaralı Qəzza sakini Misirə çatdırılacaq
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza zolağının 17 yaralı sakini müalicə alması üçün "Rafah" nəzarət-buraxılış məntəqəsindən Misirə buraxılacaq.

Trend xəbər verir ki, bu barədə "Al-Qahira ai-Ihbariya" telekanalı məlumat yayıb.

Məlumata görə, təcili yardım maşınları xəsarət almış fələstinliləri Misirdəki xəstəxanalara çatdırmaq üçün "Rafah" buraxılış məntəqəsinin yanında növbə çəkir.

Xatırladaq ki, ötən gün İsrail və HAMAS arasında 4 günlük müvəqqəti atəşkəs başlayıb. Əldə olunan razılaşmaya görə, Qəzzaya hücumlar müvəqqəti dayandırılacaq, əsir mübadiləsi və humanitar yardımlar təmin ediləcək.

Atəşkəsin ilk günündə İsrail və HƏMAS əsirləri dəyişdirib. Şərtlərə görə, İsrail hər girov üçün üç fələstinli məhbusu qaytaracaq. Noyabrın 25-də 13 israilli girov və 39 fələstinli məhbus azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti