...

HƏMAS israilli girovların azad edilməsini təxirə salıb

Dünya xəbərləri Materials 25 Noyabr 2023 21:20 (UTC +04:00)

Bakı. Trend:

HƏMAS hərəkatının hərbi qanadı Əl-Qəssam Briqadaları İsrail tərəfi atəşkəs razılaşmasının şərtlərinə əməl edənə qədər ikinci qrup israilli girovların azad edilməsini təxirə salıb.

Trend xəbər verir ki, HƏMAS Siyasi Bürosunun rəhbərinin media üzrə müşaviri Taher əl-Nunu deyib ki, İsrail Qəzza zolağında atəşkəs razılaşmasını dəfələrlə pozub.

Onun sözlərinə görə, israillilər yük maşınlarının ölkəyə girişi ilə bağlı müqavilənin müddəalarına da əməl etmirlər.

Qeyd edək ki, noyabrın 24-də HƏMAS dördü yeniyetmə olmaqla 13 girovu İsrail tərəfinə təhvil verib. Təl-Əviv isə bunun əvəzində 39 fələstinlini - 24 qadını və 15 yeniyetməni azad edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti