...

İlin əvvəlindən Türkiyənin Karabiga limanı 700-dən çox gəmi qəbul edib

Dünya xəbərləri Materials 28 Noyabr 2023 15:17 (UTC +04:00)
İlin əvvəlindən Türkiyənin Karabiga limanı 700-dən çox gəmi qəbul edib

Bakı. Trend:

2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin Karabiga limanı 724 gəmi qəbul edib.

Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeyd edilən müddət ərzində Karabiga limanı Türkiyə bayrağı altında üzən 438, digər ölkələrin bayraqları altında üzən 286 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyə limanları 5 min 581 gəmi qəbul edib.

Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 764, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 817 olub.

2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 51 min 186 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 34 min 822, Türkiyə bayrağı altında olan gəmilər isə 16 min 364 olub.

Xəbər lenti

Xəbər lenti