...

Finlandiya bu tarixdə Rusiya ilə sərhədləri bütünlüklə bağlayacaq

Dünya xəbərləri Materials 29 Noyabr 2023 13:36 (UTC +04:00)
Finlandiya bu tarixdə Rusiya ilə sərhədləri bütünlüklə bağlayacaq
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiya Rusiya ilə sərhəddə sonuncu nəzarət-buraxılış məntəqəsini noyabrın 30-da bağlamağı planlaşdırır.

Trend Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bugünkü brifinqdə deyib.

Onun sözlərinə görə, bu gün Finlandiyanın Moskvadakı səfirliyi Rusiya hökumətinə rəsmi nota göndərib.

Notada Finlandiya hakimiyyətinin noyabrın 30-da Rusiya ilə sərhəddəki "Raya-Yooseppi" nəzarət-buraxılış məntəqəsini bağlayacağı qeyd olunub.

"Beləliklə, Rusiya-Finlandiya sərhəddində bütün nəzarət-buraxılış məntəqələri bağlanacaq", - Zaxarova deyib.

Xatırladaq ki, Finlandiya Rusiya ilə sərhəddə dörd buraxılış məntəqəsini noyabrın 18-nə keçən gecə bağlayıb. Finlandiyanın baş naziri Petteri Orponun sözlərinə görə, bu tədbir "üçüncü dünya ölkələri vətəndaşlarının" axınının qarşısını almaq məqsədi daşıyır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti