...

Aİ Yaxın Şərqdə sülh prosesi üçün Türkiyə ilə əlaqə qurmağa hazırdır - Borrel

Dünya xəbərləri Materials 29 Noyabr 2023 17:05 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqı Yaxın Şərqdə sülh prosesi üçün, demək olar ki, hər bir münaqişənin həllində mühüm rol oynayan Türkiyə ilə əlaqə qurmağa hazırdır.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.

"Avropa İttifaqı Türkiyə ilə münasibətlərində növbəti addımların nə olacağını düşünməlidir. Aydındır ki, Aİ-nin Türkiyə ilə ticarət və yaşıl enerji sahələri kimi bütün mümkün sahələrdə əməkdaşlıq və qarşılıqlı faydalı əlaqələri inkişaf etdirməkdə strateji marağı var. Türkiyə ilə əsaslı fikir ayrılıqlarının aradan qaldırılması üçün səylər davam etdirilməlidir", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti