...

Ermənistan Baş Prokurorluğu keçmiş deputatın mülkiyyətinin müsadirəsini tələb edir

Dünya xəbərləri Materials 2 Dekabr 2023 12:27 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Baş Prokurorluğu keçmiş deputat və biznesmen Aleksan Petrosyanın mülkiyyətini müsadirə etmək tələbi ilə məhkəməyə müraciət edib.

Trend bu barədə erməni KİV-inə istinadən xəbər verir.

Məlumata görə, Baş Prokurorluq bu mülkiyyətin qanuni yolla əldə edilməyini iddia edir. Petrosyanın Armavir şəhərindəki istehsalat sexinin, Artamet kəndində iki torpaq sahəsinin, Talvorik kəndində dörd torpaq sahəsinin, Lenuxi kəndində iki torpaq sahəsinin və sahibi olduğu "MAP" şərab-konyak zavodunda səhmlərinin 60,9 faizinin müsadirəsini tələb edir.

Bundan başqa, Baş Prokurorluq keçmiş deputatın 3,2 milyon dollar çox vəsaitini qanunsuz mülkiyyətdən gələn gəlir qismində müsadirə etməyi tələb edir.

Qeyd edək ki, Ermənistan hökuməti amerikalı reper Snup Doqun sentyabrın 23-də İrəvanda keçirilməsi planlaşdırılan konsertinin təşkilatçılığını da Petrosyanın oğlunun şirkətinə həvalə etmişdi. Hökumət baş tutmayan konsertə görə təşkilatçılara 6 milyon dollar ödəniş etdiyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti