...

Türkiyə vətəndaşlarının Qəzzadan təxliyə işləri bərpa edilib

Dünya xəbərləri Materials 3 Dekabr 2023 13:08 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə vətəndaşlarının Qəzza zolağından təxliyə işləri bərpa edilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin media müşaviri Öncü Keçeli açıqlayıb.

Bildirilib ki, bu çərçivədə dekabrın 2-də Türkiyə vətəndaşları və onların ailə üzvləri olmaqla ümumilikdə 142 nəfər Qəzzadan Misirə keçirilib. Bu şəxslərin bu gün axşam saatlarında Qahirədən İstanbula gətirilməsi planlaşdırılır.

Təxliyələr davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti