...

Hindistanda leysan 17 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 6 Dekabr 2023 09:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın cənub-şərqindəki Tamil Nadu ştatında “Miçaunq” qasırğası nəticəsində azı 17 nəfər ölüb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, iki gün ərzində bölgəyə 330 mm-dən çox yağış düşüb.

"Siklonla bağlı daşqınlar nəticəsində baş verən müxtəlif hadisələrdə 17 nəfər ölüb. 10-a yaxın suda boğulma və elektrik cərəyanı vurma faktı qeydə alınıb, onlara vaxtında tibbi yardım göstərilib", - polisin açıqlamasında bildirilir.

Qeyd edilib ki, qonşu rayonlardan məlumat daxil olduqdan sonra ölənlərin sayı arta bilər.

Xəbər lenti

Xəbər lenti