...

İraqda binada yanğın - Ölənlər var

Dünya xəbərləri Materials 9 Dekabr 2023 09:09 (UTC +04:00)
İraqda binada yanğın - Ölənlər var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cümə günü gecə İraqda, Ərbil vilayətinin Soran şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, 18 nəfər yaralanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Soranın səhiyyə departamentindən verilən açıqlamada “yanğının universitet tələbələri və müəllimlərinin yaşadığı üçüncü və dördüncü mərtəbələrdə baş verdiyi, daha sonra bütün beşmərtəbəli binaya yayıldığı” bildirilib.

Məlumata görə, ilkin araşdırmalar nəticəsində yanğına səbəb qısaqapanma olub. Yanğın mülki müdafiə qrupları və yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti