Bakı. Trend:
Belarusda "Mozır" neft emalı zavodunda yanğın olub, nəticədə bir nəfər ölüb.
Trend xəbər verir ki, bu barədə Belarusun Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında baş verən yanğının söndürülməsinə FHN əməkdaşları cəlb olunub.
Yanğının ağır neft qalıqları üçün kombinə olunmuş hidrokrekinq qurğusunda baş verdiyi qeyd edilib. Xilasedicilər yanğını operativ şəkildə söndürməyə nail olublar, müəssisənin daxilindəki texnoloji proses pozulmayıb. Zavodun bütün obyektləri adi rejimdə fəaliyyət göstərir.
Hazırda hadisənin səbəbi və baş verdiyi şərait araşdırılır.