...

2024-cü ilə qədər Yaponiyanın müdafiə xərcləri 10 faizdən çox artacaq

Dünya xəbərləri Materials 17 Dekabr 2023 05:17 (UTC +04:00)

Bakı. Trend:

Yaponiya hökuməti Müdafiə Nazirliyi büdcəsinin 2024-cü ildə cari kursla təxminən 7,7 trilyon yen (54,1 milyard dollar) artırılması tələbini təsdiq etməyə hazırdır. Bu rəqəm cari ilin eyni xərc maddəsi ilə müqayisədə təxminən 13,2 faiz çoxdur.

Trend xəbər verir ki, bu barədə “Kyodo” agentliyi hökumət mənbələrinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, əks-hücum potensialının möhkəmləndirilməsi üzrə daha öncə qarşıya qoyulmuş məqsədlər çərçivəsində vəsaitin Yaponiya istehsalı olan uzaqmənzilli raketlərin alınmasına xərclənməsi planlaşdırılır. Bundan əlavə, büdcə Böyük Britaniya və İtaliya ilə birgə yeni nəsil qırıcıların işlənib hazırlanmasına xərcləri ehtiva edir.

Xəbər lenti

Xəbər lenti